Metal Dam Örtüyü Harada və Necə Rənglənir?
Ana səhifə Məhsullar Ev dizaynı Lambrin dizaynı

Bizi Sosial Şəbəkələrdə İzləyin

Metal Dam Örtüyünün Zavodda İstehsalı

ROOFS komandası metal dam örtüyünün istehsal prosesini birbaşa Çində yerləşən zavodda çəkmişdir. Proses polad xammalın hazırlanması, rulon formasına salınması, soba üsulu ilə boyanması və hazır Rulon halına gətirilməsi mərhələlərini əhatə edir.

Azərbaycanda satılan metal dam örtüklərinin əsasını yüksək keyfiyyətli polad rulonlar təşkil edir. Bu rulonlar xüsusi qoruyucu sink və boya qatları ilə örtülərək uzunömürlü və korroziyaya davamlı material əldə edilir.

İstehsal və Rənglənmə Mərhələləri

  • ✔ Polad xammalın seçilməsi və kimyəvi yoxlanışı
  • ✔ Qalınlığın dəqiqliklə formalaşdırılması
  • ✔ Rulon şəklinə salınması
  • ✔ Soba üsulu ilə rənglənmə texnologiyası
  • ✔ Korroziyaya qarşı qoruyucu qat
  • ✔ Keyfiyyətə nəzarət və paketləmə

ROOFS Dam Örtüklərinin Üstünlükləri

ROOFS məhsulları yüksək möhkəmlik, solmayan boya, günəşə və yağışa davamlılıq xüsusiyyətləri ilə seçilir. Müasir texnologiya sayəsində dam örtükləri uzun illər deformasiya olmadan istifadə edilə bilər.