Adamante tipli dam örtükləri özünəməxsus forması və estetik görünüşü ilə xüsusilə fərdi yaşayış evləri və villalar üçün seçilən dam örtüyü modellərindəndir.
Adamante dam örtüyü fərqli dizaynı və ecazkar görünüşü ilə seçilir. Bu model daha çox Mediterranean üslubunda istifadə olunan təbii kirəmit damların formasını xatırladır və xüsusilə villalara estetik görünüş qazandırır.
Müştərilərin müxtəlif tələblərinə uyğun olaraq Adamante dam örtükləri yüksək texnologiya ilə müxtəlif qalınlıqlarda istehsal olunur.
Mövcud qalınlıqlar:
- 0.40 mm
- 0.42 mm
- 0.45 mm
- 0.48 mm
- 0.50 mm
- 0.55 mm
Adamante dam örtüklərində mat boyalı seçim də mövcuddur və görünüş baxımından daha uyğun seçimlərdən biri hesab olunur.
Evinizin memarlıq üslubuna uyğun dam örtüyü axtarırsınızsa, Adamante modeli estetik görünüşü və fərqli forması ilə diqqət çəkən seçimlərdəndir.